BAKI, 28 noyabr. TELEQRAF

"Türk Dövlətləri Təşkilatı (TDT) ölkələri arasında birgə informasiya, media və mədəni layihələr əhəmiyyət kəsb edir".

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan mədəniyyət və informasiya nazirinin müavini Kanat İskakov noyabrın 28-də Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısı çərcivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu layihələr çərçivəsində seriallar hazırlanır və ölkələrin müxtəlif millətləri, xalqları, mədəniyyətləri və adət-ənənələri işıqlandırılır:

“Layihələr həmçinin birgə turizm və mədəniyyət obyektlərini tanıtmaq məqsədi daşıyır. Önəmli təşəbbüslərdən biri türk dillərində animasiya layihələrinin yaradılmasıdır. Bu layihələrin məqsədi gənc nəsilə göstərməkdir ki, türk dilli ölkələr bir-birinə qardaşdır və ortaq tarixi köklərə malikdir”.