BAKI, 9 sentyabr. TELEQRAF
“Maldiv kimi ölkələr qlobal istixana qazı emissiyalarına çox az töhfə versələr də, coğrafi və iqtisadi xüsusiyyətlərinə görə iqlim təsirlərinə daha həssasdırlar. Məhdud torpaq sahəsi, yüksək infrastruktur xərcləri, idxaldan asılılıq ekstremal hadisələrin təsirlərini daha da ağırlaşdırır”.
Teleqraf xəbər verir ki, bunu Maldiv adalarının İqlim Dəyişikliyi, Ətraf Mühit və Energetika Nazirliyinin baş direktoru Amjad Abdulla “Bakı İqlim Fəaliyyəti Həftəsi"nin dördüncü günündə keçirilən panel sessiyadakı çıxışında deyib.
O bildirib ki, iqlim dayanıqlılığına investisiya sülh və sabitliyə investisiyadır:
“Kiçik ada dövlətləri üçün iqlim dəyişikliyi artıq yalnız ekoloji və ya inkişaf problemi deyil, insan təhlükəsizliyi, iqtisadi təhlükəsizlik, sosial sabitlik və milli dayanıqlılıq məsələsidir”.