BAKI, 28 noyabr. TELEQRAF
Sosial media platformalarında yayılan məlumatların çoxu həqiqətə uyğun deyil.
Teleqraf xəbər verir ki, bu barədə Qırğızınstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov noyabrın 28-də Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısında bildirib.
Onun sözlərinə görə, buna görə də Türk Dövlətləri Təşkilatı (TDT) üzv ölkələri arasında əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir:
“Qırğızıstan söz və ifadə azadlığını cəmiyyətin fundamental prinsipi hesab edir və TDT üzv ölkələri ilə əməkdaşlığa hazırdır. Bu gün TDT-yə üzv ölkələr müxtəlif istiqamətlərdə ciddi nəticələr əldə ediblər. Digər sahələrlə yanaşı, informasiya sahəsində əməkdaşlıq da son dərəcə vacibdir. Bu əməkdaşlıq qarşılıqlı məlumat axınlarının yaradılması və effektiv şəkildə həyata keçirilməsi deməkdir”.