BAKI, 15 noyabr. TELEQRAF

Bu gün Globalinfo.az saytının fəaliyyətə başlamasından 3 il ötür.

Teleqraf xəbər verir ki, sayt 2022-ci ilin avqustunda yaradılıb, 15 sentyabrda test mərhələsini başa vuraraq onlayn yayıma başlayıb.

Ardınca, 15 noyabr 2022-ci ildə platformanın fəaliyyəti ictimaiyyətə təqdim edilib və bununla da geniş oxucu kütləsi ilə real təmas dövrü başlayıb.

Saytın təsisçisi Azər Ayxan vurğulayıb ki, 3 il ərzində Globalinfo.az-ı ölkə ictimaiyyətində, oxucular arasında, media sferasında və siyasi dairələrdə kifayət qədər tanıda bilib:

“Sayt qısa müddətdə inanılan, güvənilən, tez-tez istinad edilən resurslardan birinə çevrildi. İnanıram ki, bundan sonrakı fəaliyyətimizdə də bu uğurlarımızın üzərinə yenilərini əlavə edəcəyik”.

Teleqraf İnformasiya Agentliyi “Globalinfo”nu təbrik edir, fəaliyyətində uğurlar arzulayır!