BAKI, 7 oktyabr. TELEQRAF

Bəzi sosial media hesablarında “İsrailin 7 oktyabrda Qəzzaya qarşı başlatdığı soyqırımın ildönümündə Azərbaycanda bayraqlar yarıya endirilib” iddiası ilə yazılan yazılar dezinformasiya xarakteri daşıyır.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Dezinformasiya ilə Mübarizə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Azərbaycanı Fələstin əleyhdarı kimi kimi qələmə verməyə çalışan bu kimi iddialar ictimaiyyəti çaşdırmaq məqsədi güdür.

"Eyni zamanda Türkiyə-Azərbaycan münasibətlərinə mənfi təsir göstərmək, qardaş ölkəmiz Azərbaycanın nüfuzuna xələl gətirmək, türk-islam dünyası daxilində həmrəylik anlayışını sarsıtmağa yönəlmiş düşünülmüş və sistemli şəkildə həyata keçirilən təbliğatın tərkib hissəsidir.

İctimaiyyəti çaşdırmaq məqsədi daşıyan bu cür yalan məzmuna etibar etməmək və rəsmi mənbələrdən gələn məlumatlara diqqət yetirmək çox vacibdir", - məlumatda vurğulanıb.