BAKI, 27 yanvar. TELEQRAF

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi də açıqlama yayıb.

Mədəniyyət Nazliyindən Teleqraf-a bildirilib ki, teatrların bədii rəhbər vəzifələrində çalışan şəxslər yeni struktur çərçivəsində fəaliyyətlərini davam etdirə bilərlər.

"Onlar teatr direktorlarının təqdimatı və təsdiqi ilə quruluşçu rejissor, yaradıcı şöbə müdiri və ya digər müvafiq vəzifələrə təyin oluna bilərlər" - açıqlamada deyilir.

***

12:08

Akademik Milli Dram Teatrının bədii rəhbəri, rejissor Mehriban Ələkbərzadənin vəzifəsindən azad edilməsi haqda məlumat yayılıb.

Teatrdan Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, bu məsələ ilə bağlı teatra hər hansı məlumat verilməyib.

"Bədii rəhbər vəzifəsinə təyinat və ya vəzifədən azad etmək teatrın yox, Mədəniyyət Nazirliyinin səlahiyyətindədir. Bununla bağlı teatra hər hansı bildiriş daxil olmayıb", - deyə bildirilib.

Qeyd edək ki, ötən gün dövlət teatrlarında baş rəssam, bədii rəhbər ştatları ləğv edilib, bir sıra texniki vəzifələr isə yeni adlarla adlandırılıb.