BAKI, 1 noyabr. TELEQRAF

Türkiyənin məşhur aktyoru, "Yeşilçam"ın əfsanəvi siması Engin Çağlar vəfat edib.

Teleqraf xəbər verir ki, Engin Çağlar İstanbulun Şişli rayonunda yolun qarşı tərəfinə keçməyə çalışarkən sürətlə gələn motosikletin vurması nəticəsində həyatını itirib.

Aktyor Film-San Vəqfində 7 il sədr vəzifəsində çalışıb.

O, “Xınalı yapıncaq”, “Fəridə”, “Makber”, “Röyalar gerçək olsa” kimi filmlərdə baş rolları canlandırıb.