BAKI, 21 oktyabr. TELEQRAF

Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev reanimasiyadan palataya köçürülüb.

Bu barədə Teleqraf-a onun oğlu Səbuhi Vaqifoğlu məlumat verib.

O qeyd edib ki, atasının səhhətində irəliləyiş var.

"Atam bu xəstəxananın reanimasiya şöbəsindən palataya köçürülüb. Müalicəsi davam edir", - deyə S.Vaqifoğlu əlavə edib.

Qeyd edək ki, Vaqif Vəliyev sentyabrın 26-da ağır sepsis, septik şok, ağciyərlərin hər ikisində pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib.