BAKI, 16 oktyabr. TELEQRAF

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun səhhəti ağır olaraq qalır.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Mərkəzi Klinik Xəstəxanadan məlumat verilib.

Bildirilib ki, Yadigar Muradovun müalicəsi xəstəxananın Reanimasiya və intensiv terapiya şöbəsində davam edir.

Qeyd edək ki, Yadigar Muradov xərçəng xəstəliyindən əziyyət çəkir.