BAKI, 15 oktyabr. TELEQRAF
Məlhəm Beynəlxalq Hospitalının Reanimasiya şöbəsində müalicə edilən Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevə qan donoru lazımdır.
Bu barədə Teleqraf-a onun oğlu Səbuhi Vaqifoğlu məlumat verib.
O bildirib ki, atası üçün +2 qan qrupuna ehtiyac yaranıb.
"Qan vermək istəyən şəxslərdən Məlhəm Beynəlxalq Hospitalına yaxınlaşmaları xahiş olunur", - Səbuhi Vaqifoğlu deyib.