BAKI, 24 mart. TELEQRAF
Qroznının Putin adını daşıyan yeni rayonunda məscidin açılışı planlaşdırılır.
Teleqraf xəbər verir ki, bu barədə Çeçenistan lideri Ramzan Kadırov özünün "Telegram" kanalında bildirib.
Onun sözlərinə görə, layihəyə altı minarənin tikintisi daxildir.
5000 nəfərlik məscidin 2026-cı ilin oktyabr ayında açılışı planlaşdırılır.