BAKI, 24 sentyabr. TELEQRAF
“Tesla”nın Kaliforniya ştatındakı Fremont zavodunda robot texniki işçi Peter Hinterdoblerə xəsarət yetirib. Buna görə işçi məhkəmədə 51 milyon dollarlıq iddia qaldırıb.
Teleqraf xəbər verir ki, bu haqda “The Independent” yazır.
“Yaramaz robot qəfildən və xəbərdarlıq etmədən məni vurub, ağır xəsarətlər almışam, tibbi xərclərimi ödəməkdə çətinlik çəkirəm”, - 50 yaşlı işçi bildirib.
Peter Hinterdobler şikayətində göstərib ki, robot ona qüvvətli zərbə endirib. Nəticədə o, yerə yıxılaraq huşunu itirib.
Hadisə 22 iyul 2023-cü ildə baş verib.