BAKI, 24 iyul. TELEQRAF

İspaniyanın Marbella şəhərinin çimərliyində polis yaşlı turistin üzünə zərbə endirib.

Teleqraf xəbər verir ki, onların münaqişəsi kameralarla görüntülənib.

Hadisə şəhərin məşhur Playa-del-Faro çimərliyində baş verib. Görüntülərdə qoruyucu dəbilqəli asayiş keşikçisinin sürətlə istirahət edən şəxsə doğru hərəkət etdiyi və turistə şillə vurduğu əks olunub.

Yerli mətbuatın məlumatına görə, turist çimərlikdə mallar satan afrikalı satıcılara qarşı aqressiv davrandığı iddia olunan polisi söyüb. Polisin onu məhz buna cavab olaraq vurduğu bildirilir.