BAKI, 18 iyul. TELEQRAF
Britaniya şahzadəsi Harri anası, şahzadə Diananın bombaların zərərsizləşdirilməsi ilə məşğul olan “Halo Trust” xeyriyyə təşkilatına dəstək aksiyasını təkrarlayıb.
Teleqraf xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Məlumatda qeyd olunur ki, şahzadə Harri Anqolaya gəlib və zirehli gödəkçə ilə hələ də minaların olduğu sahədən keçib. Aksiyanın məqsədi keçmiş döyüş zonalarının minalardan təmizlənməsi ilə məşğul olan “Halo Trust” xeyriyyə təşkilatının fəaliyyətinə diqqət çəkmək olub.
Xatırladaq ki, 1997-ci ildə Harrinin anası şahzadə Diana da Anqolada piyada əleyhinə minalanmış ərazidən keçmişdi.