BAKI. 16 iyul. TELEQRAF
Şri-Lankanın Pottuvil şəhərində küçədə yarıçılpaq gəzintiyə çıxan tailandlı turist polis tərəfindən saxlanılıb.
Teleqraf xəbər verir ki, turist bir hoteldən digərinə keçmək istəyərkən saxlanılıb.
Hüquq-mühafizə orqanları tailandlı turistin Şri-Lankaya ABŞ vətəndaşı ilə birlikdə gəldiyini müəyyən edib.
Turist ictimai asayişin pozulmasına və ədəbsiz davranışa görə məhkəmə qarşısına çıxarılacaq.