CƏBRAYIL, 12 iyul. TELEQRAF

Dünya səyyahlarının Qarabağa təşkil edilmiş 3 günlük səfəri başa çatıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, dünya şöhrətli MTP (Most Traveled People) beynəlxalq səyahətçilər Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində Füzuli, Şuşa, Xankəndi, Ağdam, Kəlbəcər və Cəbrayılda olublar.

***

Cəbrayılın Mehdili kəndinə gələn səyyahlar mina partlayışı prosesini izləyiblər.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, 14 ölkədən gələn 30 nəfərlik səyyah qrupu Mehdili kəndində minaaxtaranların iş prosesini izlədikdən sonra orada aşkarlanan minaların zərərsizləşdirmək prosesini də canlı şəkildə seyr ediblər.

***

11:04

Dünya səyyahları Cəbrayıl şəhərindən sonra Mehdili kəndində gəlib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, dünya şöhrətli MTP (Most Traveled People) beynəlxalq səyahətçilər Mehdili kəndinə səfəri zamanı kənddə aparılan minatəmizləmə işləri ilə tanış olub.

***

10:08

Dünya səyyahlarının Cəbrayıla səfəri başlayıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, dünya şöhrətli MTP (Most Traveled People) beynəlxalq səyahətçilər Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində Füzuli, Şuşa, Xankəndi, Ağdam, Kəlbəcər səfərindən sonra onlar Cəbrayıla gəliblər. Səyyahlar Cəbrayıl rayonun mərkəzində olub orda aparılan quruculuq içləri ilə tanış olublar. İşğaldan sonra aparılan tikinti bərpa işləri ilə bağlı səyyyahlara məlumatlar verilib.

Səyyahlar daha sonra Cəbrayıl rayon Mehdili kəndinə gedib ANAMA əməkdaşlarının ərazilərdə apardığı təmizlik işləri ilə tanış olacaqlar.

15 ölkədən səyyahların yer aldığı heyətə MTP klubunun təsisçisi, amerikalı Charles Veley rəhbərlik edir.