BAKI, 25 may. TELEQRAF

Rumıniyanın Karaş-Severin bölgəsində iki kişini ildırım vurub.

Teleqraf xəbər verir ki, bu barədə yerli “Digi 24” telekanalı məlumat yayıb.

Şəxslərdən birinin vəfat etdiyi, digərinin xəstəxanaya yerləşdirildiyi bildirilir. Hüquq-mühafizə orqanlarının məlumatına görə, 25 və 26 yaşlı gənclər gəzintidə olarkən tufana düşüblər.

Onlar sığınacaq tapmağa çalışıblar, lakin ildırım onları vurub.

Hadisə yerinə gələn xilasedicilər 26 yaşlı kişinin ölümünü təsdiqləyiblər.