XOCAVƏND, 8 oktyabr. TELEQRAF

Dünya şöhrətli MTP (Most Traveled People) klubunun təsisçisi Çarles Veleyin (Charles Veley) rəhbərlik etdiyi beynəlxalq səyahətçilərdən ibarət heyətin Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, səfər çərçivəsində heyət ilk olaraq Xocavənd rayonunda yerləşən Azıx mağarasını ziyarət edir.

Səyahətçilər gün ərzində Şuşa və Ağdam şəhərlərində bir sıra tarixi və mədəni məkanlarda olacaqlar.

Qeyd edək ki, bu dəfəki heyətə 13 ölkədən (ABŞ, Kanada, Fransa, Almaniya, İsveçrə, Britaniya və s.) təxminən 40 nəfər daxildir. Səfər proqramında Azərbaycanın qədim tarixini, keçmişini özündə əks etdirən alban məbədlərinin ziyarəti də var.

Bu, dünyanın əsas səyyah klublarının 2021-2026-cı illərdə Qarabağ və Şərqi Zəngəzura qrup şəklində 17-ci səfəridir.