BAKI, 8 oktyabr. TELEQRAF

Litva Prezidenti, hökuməti və Seymi (parlamenti) fəaliyyətlərini müharibə şəraitinə uyğunlaşdırmağa hazırlaşır.

Teleqraf xəbər verir ki, Seym sədrinin müşaviri Saulyus Stripayka bildirib.

“Parlament sədri Ukraynadakı vəziyyəti təhlil edərək qanuna dəyişikliklər hazırlayıb. Bu dəyişikliklər silahlı qüvvələri və rəhbərliyin mühafizə xidmətini müharibə və hakimiyyət strukturlarının adi qaydada fəaliyyətini davam etdirə bilmədiyi halda dövlət qurumlarının fəaliyyətini təmin etməyə məcbur edir”, - o deyib.

Müşavir qeyd edib ki, ətraflı planları ordu komandanlığı və rəhbərliyin mühafizə xidməti hazırlayacaq: “İlk növbədə, hakimiyyət strukturlarının təxliyəsi halında alternativ iş yerlərinin təmin olmasını nəzərdə tutmalıdırlar”.

Parlament sədri tərəfindən hazırlanmış dəyişikliklər hazırda Seymin müzakirəsindədir.

Litva hökuməti ölkəyə hücum edə biləcək potensial təhlükə kimi Rusiyanı görür.