BAKI, 8 oktyabr. TELEQRAF

Üç gün əvvəl Qarabağda daha 16 nəfərə aid qalıqlar aşkarlanıb.

Teleqraf xəbər verir ki, bunu AMEA Arxeologiya və Antropologiya İnstitutunun Məhkəmə Arxeologiyası şöbəsinin müdiri Akif Quliyev "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"ın ikinci günü çərçivəsində keçirilən panel sessiyada deyib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə aparılan araşdırmalar nəticəsində indiyədək təxminən 1000 nəfərə aid sümük qalıqları aşkar edilib:

“Hazırda qalıqların kimliyinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir. Tədqiqatlar zamanı həm kütləvi məzarlıqlara, həm də ayrı-ayrı insan qalıqlarına rast gəlinir”.