BAKI, 8 oktyabr. TELEQRAF

Bakının Xətai rayonunda yerləşən “AMAY"” ticarət mərkəzində yerləşən daha bir neçə əmlak hərraca çıxarılıb.

Teleqraf-ın əldə etdiyi məlumata görə, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 nömrəli binada yerləşən satışa çıxarılan obyektlərin siyahısı məlum olub.

Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 nömrəli binanın 7-ci mərtəbəsində yerləşən 20 saylı qeyri-yaşayış sahəsi olan ofisin ilkin bazar dəyəri 254,280 manat, ümumi satış qiyməti isə 216,138 manat, binanın 7-ci mərtəbəsində yerləşən 34 saylı qeyri-yaşayış sahəsi olan ofisin ilkin bazar dəyəri 191,880 manat, ümumi satış qiyməti isə 163,098 manat, binanın 5-ci mərtəbəsində yerləşən 85 saylı qeyri-yaşayış sahəsi olan ofisin ilkin bazar dəyəri 151,900 manat, ümumi satış qisməti isə 129,115 manat, binanın 5-ci mərtəbəsində yerləşən 86 saylı qeyri-yaşayış sahəsi olan ofisin isə ilkin bazar qiyməti 151,900 manat, ümumi satış qiyməti 129,115 manat təşkil edib.

***

11:07

Bakının Xətai rayonunda yerləşən “AMAY"” ticarət mərkəzinin 5-ci mərtəbəsində yerləşən ofis tipli qeyri-yaşayış sahəsi hərraca çıxarılıb.

Teleqraf-ın əldə etdiyi məlumata görə, Nobel prospekti, 23 ünvanında yerləşən binanın 5-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsi dövlət hərracına çıxarılması barədə qərar qəbul edilib.

Məlumata görə, qeyri-yaşayış sahəsi Nobel prospekti, 23 nömrəli binanın, 5-ci mərtəbəsində olan 6730.8 kvadrat metr ümumi sahədən ibarətdir.

Hərraclar məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı əmlakın hərracda satılması yolu ilə tələbin ödənilməsi məqsədilə icra məmurlarının sifarişi əsasında həyata keçirilir.

Hərraca çıxarılan əmlakın hazırkı bazar qiyməti 6,865,416 manat təşkil edib.

Bildirilir ki, əmlakın ümumi bazar dəyəri isə 8,076,960 manatdır.

Qeyd edək ki, “AMAY"” ticarət mərkəzi iş adamı Abdulla Abdullayevə məxsusdur.