BAKI, 8 oktyabr. TELEQRAF

Qırğızıstan Mərkəzi Asiya ölkələrini və Azərbaycanı Əfqanıstana hərtərəfli dəstək göstərməyə davam etməyə çağırır.

Teleqraf xəbər verir ki, bu sözləri Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxışı zamanı bildirib.

“Terrorizmə, mütəşəkkil cinayətkarlığa, narkotiklərin qanunsuz dövriyyəsinə və rəqəmsal mühitdəki təhdidlərə qarşı mübarizə sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsini zəruri hesab edirik. Sülh və sabitliyin hökm sürdüyü Əfqanıstan ümumi maraqlarımıza cavab verir. Əfqanıstan xalqına hərtərəfli dəstəyin davam etdirilməsini vacib hesab edirik”, - o, Mərkəzi Asiya və Azərbaycan Dövlət başçılarının Məşvərət görüşündə deyib.

Qeyd edək ki, Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən görüşə Azərbaycan Prezidenti İlham Əliyev də qatılıb.