BAKI, 8 oktyabr. TELEQRAF

ABŞ-nin İranın neft obyektlərinə hava zərbələri nəticəsində 70 milyon litr benzin ehtiyatı məhv edilib.

Teleqraf xəbər verir ki, bu barədə İran prezidentinin müavini Məhəmmədcəfər Qaimpənah məlumat verib.

“ABŞ-nin İranın neft obyektlərinə hücumları 70 milyon litr benzinin məhv olmasına səbəb olub. Amma buna baxmayaraq, Tehranda bir gün belə benzin qıtlığı yaşanmayıb”, - o qeyd edib.