BAKI, 13 noyabr. TELEQRAF

Rusiya əczaçılıq şirkətləri Çin tərəfdaşları ilə əməkdaşlıq çərçivəsində ömrü uzatmaq və həyat keyfiyyətini yaxşılaşdırmaq üçün dərmanlar hazırlayırlar.

Teleqraf TASS-a istinadən xəbər verir ki, bu barədə Pekində keçirilən tədbirdə "Promomed" şirkətinin Direktorlar Şurasının sədri Pyotr Belı bildirib.

"Məhz buna yönəlmiş bir sıra molekullarımız var. Amma təkcə ömrün uzadılması deyil, həyat keyfiyyətini yaxşılaşdırmaqda maraqlıyıq", - deyə o bildirib.

Beli qeyd edib ki, bu işlər Çin tərəfdaşlarla birgə işin nəticəsidir.