BAKI, 13 noyabr. TELEQRAF
Çin və ABŞ konstruktiv strateji sabitlik münasibətləri qurmaq barədə razılaşmanı həyata keçirməlidirlər.
Teleqraf xəbər verir ki, bunu Çinin xarici işlər naziri Vanq Yi bunu Pekində 2026-cı il Çin-ABŞ Siyasi Dialoqunun amerikalı iştirakçıları ilə görüşdə bildirib:
"Çin və ABŞ birgə səylərinin məqsədlərini dəqiq müəyyənləşdirməli, qarşılıqlı faydalı əməkdaşlıq sahələrini genişləndirməli, ikitərəfli münasibətlərin təməlini möhkəmləndirməli və bütün dünyada sülh və sabitliyin qorunmasına çalışmalıdırlar".
Çin Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin qarşılıqlı hörmət, dinc yanaşı yaşama və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə riayət etməyə çağırıb.
Amerika nümayəndəsi qeyd edib ki, humanitar və mədəni mübadilələr xalqlar, xüsusən də gənclər və tələbələr arasında dostluğun və qarşılıqlı etimadın möhkəmlənməsinə töhfə verir.
Növbəti beş il ərzində 100 min amerikalı gəncin mübadilə və təhsil üçün Çinə səfəri planlaşdırılır.