BAKI, 13 noyabr. TELEQRAF

Rusiya Silahlı Qüvvələri Ukraynanın enerji obyektlərinə PUA-larla zərbələr endirib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Gün ərzində Rusiya Silahlı Qüvvələri enerji obyektlərinə, liman və dəmir yolu infrastrukturuna, eləcə də gəmilərə pilotsuz təyyarələrlə zərbələr endirib", - məlumatda qeyd olunur.