BİLƏSUVAR, 13 noyabr. TELEQRAF
Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisə axşam saatlarında Bakı-Astara magistralının rayonun Xırmandalı kəndindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan motosikletlə “Mercedes Atego” markalı yük avtomobili toqquşub.
Qəza nəticəsində motosikletin sürücüsü, 2005-ci il təvəllüdlü rayon sakini E. Şahmarlı aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.