BAKI, 13 noyabr. TELEQRAF

ABŞ-nin vitse-prezidenti J.D. Vens respublikaçıların aralıq konqres seçkilərində məğlubiyyətindən sonra 2028-ci il prezidentlik yarışından geri çəkilməyi ciddi şəkildə nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə CNN siyasətçiyə yaxın mənbələrə istinadən məlumat yayıb.

Kanalın mənbələrindən biri bildirib: "Onun verdiyi heç bir qərar məni təəccübləndirməz. Vensin cəmi 42 yaşı var. Əgər mövcud şərait uğuru mümkünsüz edirsə, o, yenidən cəhd etmək üçün kifayət qədər gəncdir. Bəlkə də indi onun vaxtı deyil".

CNN-in məlumatına görə, İranla davam edən müharibə Vensin qərarına təsir edən əsas amil olaraq qalır. Onun müttəfiqləri münaqişənin respublikaçıların prezidentlik perspektivlərinə ciddi şəkildə mane ola biləcəyindən qorxurlar.

"Məsələ Vensin qalib gəlib-gəlməməsində deyil, İranla müharibə davam edəcəyi təqdirdə, hər hansı bir respublikaçının qalib gəlib-gəlməməsindədir", - deyə mənbə qeyd edib.

Vens hələ planlarını yekunlaşdırmayıb və ya qərarını vermək üçün vaxt təyin etməyib. Bəzi tərəfdarları onun namizədliyini irəli sürəcəyinə əmindirlər. Məlumata görə, vitse-prezidentin respublikaçıların məğlubiyyətini İrana qarşı müharibə ilə əlaqələndirdiyi ara seçkilərdən sonrakı açıqlaması ABŞ prezidenti Donald Trampı qıcıqlandırıb.