Çində Zhong Xue Gao adlı dondurma markası yüksək temperatura davamlı dondurma istehsal edib.
Teleqraf.com xəbər verir ki, dondurmanın soba, alışqan və qaynaq aparatında ərimədiyini göstərən videolar baxış rekordu qırıb. Əriməyən dondurma 31 dərəcəyədək istiyə davamlıdır.

Şirkət dondurmanın təbii məhsullardan hazırlandığını bildirib:
“Dondurmanın ləzzətini və formasını qorumaq üçün çox az emulsiyadan istifadə edilib. Həmçinin, məhsulumuz milli qida təhlükəsizliyi qaydalarına uyğundur”.
Əriməyən dondurmanın qiyməti isə təxminən 66 yuandır (17 manatdır).