Missiyasını hələ başa çatdırmamış ABŞ-ın Milli Kosmos Agentliyinin (NASA) “Hubble” kosmik teleskopu yeni kəşfə imza atıb.
Teleqraf.com xəbər verir ki, teleskop Günəş sistemindəki ən böyük kometini – quyruqlu ulduzunu kəşf edib.
C/2014 UN271 adlandırılan və mərkəzinin uzunluğu 130 kilometrə çatan meqa komet ortalamadan 50 dəfə böyükdür.
“Bu komet sözün əsl mənasında aysberqin görünən hissəsidir”, - araşdırmanın həmmüəllifi Devid Jevitt bildirib.
Elm adamlarına görə, sistemdə C/2014 UN271 (Bernardinelli-Bernşteyn) kimi çoxlu nəhəng quyruqlu ulduzlar var.

“Bernardinelli-Bernşteyn” kometası saatda təxminən 35 000 kilometr sürətlə hərəkət edir. Elm adamları kometin 1 milyon ildən artıqdır ki, Günəşə doğru çəkildiyini düşünürlər. Amma bu, Yer üçün təhlükə yaratmır.
“Bernardinelli-Bernşteyn” 2031-ci ildə Yerə ən yaxın nöqtədə olacaq. Həmin vaxt planetimizdən 1.6 milyard kilometr aralıda yerləşəcək. Yerlə Günəş arasındakı məsafə təxminən 93 milyon kilometrdir. Yəni kometin Yerə ən yaxın olduğu nöqtə bu məsafədən 17 dəfə çox olacaq.