İngiltərənin Kent şəhərinin Riçboro qəsəbəsində araşdırma aparan arxeoloqlar qazıntı zamanı bir otaq tapıblar.
Teleqraf.com xəbər verir ki, arxeoloqlar bu buranın arenaya çıxarılan heyvanlar və insanların saxlandığı otaq olduğunu müəyyən ediblər.
Otağın ilk dəfə 1849-cu ildə Viktoriya dövründə Riçboroda aparılan qazıntılar zamanı üzə çıxan Roma amfiteatrına məxsus olduğu bildirilib. Sözügedən amfiteatrın 5000-ə qədər tamaşaçı tutduğu, qladiator döyüşləri və digər kütləvi tamaşalar üçün istifadə edildiyi deyilib.
Eyni zamanda, araşdırmalar zamanı heyvan sümükləri, sikkələr, şəxsi bəzək əşyaları, saxsı qab qırıqları, rəngli bəzək izləri və bir pişik skeletinin tapıldığı açıqlanıb. Qeyd olunub ki, boyalı bəzək izləri İngiltərədə Roma amfiteatrının ilk məlum nümunəsidir. Bundan əlavə, pişik skeletini üzə çıxaran qrup ona “Maksipus” adını verdiyi və bu tapıntıların orada yaşamış romalılar haqda daha çox məlumat əldə etməyə kömək edə biləcəyi bildirilib.
Tarixçi Pol Pattisonun kəşflərin təəccüblü və həyəcanverici olduğunu deyib.