Tədqiqatçılar Afrikada təxminən 500 min il əvvəl yaşamış insan növünün “Homo bodoensis” adlandırıldığını açıqlayıblar.

Teleqraf.com xəbər verir ki, sözügedən növ Efiopiyanın Avaş çayı vadisindəki Bodo Darda tapılan kəllə əsasında “Bodoensis” adlandırılıb,

Araşdırmaçılar bu növün homo sapiens və neandertallarla eyni dövrdə yaşadığını bildiriblər.

Tədqiqatın müəlliflərindən biri, Kanadanın Vinnipeq Universitetinin tədqiqatçısı Miryana Roksandiç deyib ki, insan coğrafi variasiyaları üçün düzgün terminologiyanın olmaması səbəbindən bu dövrdə insanın təkamülündən danışmaq mümkün deyil.

Elm adamlarına görə, homo bodoensis Afrika və Cənub-Şərqi Avropadan olan Orta Pleystosen xalqları haqda əlavə məlumatlar əldə etməyə imkan verəcək.

Havay Universitetinin Antropologiya Departamentinin elm adamı Kristofer Be bildirib ki, homo bodoensisin müəyyən edilməsi insan təkamülünün bu mühüm dövrünün düyünlərini açacaq.