Tanınmış türk aktrisa Hazar Ergüclü ilə ayrılan rejissor Onur Ünlü bu barədə ilk dəfə danışıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, rejissor ayrılıqlarının xüsusi səbəbi olmadığını diqqətə çatdırıb:

“Biz bir-birimizlə görüşürük. Bu gün də onunla danışmışıq. Olmayanda olmur, dostlar. Bunun xüsusi səbəb yoxdur. Buna birlikdə qərar verdik”.

Qeyd edək ki, tanınmış cütlük beş ildir sevgili idilər.