BAKI, 16 avqust. TELEQRAF

ABŞ-nin Kentukki ştatının Leksinqton şəhərindəki Çarlz Yanq parkında baş verən atışma nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə yerli “WKYT” telekanalı Leksinqton polisi məlumatlarına istinadən xəbər yayıb.

Qeyd olunur ki, yaralananlar arasında 4 yaşlı uşaq, 14 yaşlı yeniyetmə və iki yetkin şəxs var. Onların xəsarətlərinin həyat üçün təhlükəli olmadığı bildirilib.

Polis hadisə ilə bağlı şübhəlinin kimliyi barədə hələlik məlumat açıqlamayıb.