BAKI, 16 avqust. TELEQRAF
ABŞ-nin MLS çempionatının növbəti turunda “İnter Mayami” səfərdə “Neşvil”ə böyük hesabla məğlub olub.
Teleqraf xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
“Neşvil”in heyətində Hani Muxtar dubl edib, Endi Naxar və Sem Sarric isə hərəyə bir dəfə fərqləniblər. “İnter Mayami”nin yeganə qolunu Telasko Seqoviya vurub.
Lionel Messi üçün də qarşılaşma uğursuz alınıb. Argentinalı futbolçu 23-cü dəqiqədə penaltidən yararlana bilməyib. Bununla belə, o, Seqoviyanın qolunda məhsuldar ötürmə müəllifi olub.
Bu nəticədən sonra “Neşvil” 43 xalla Şərq Konfransında liderliyini davam etdirib. “İnter Mayami” isə 38 xalla ikinci pillədə qalıb.
Xatırladaq ki, 2026 dünya çempionatında Argentina yığmasının kapitanı Messi Avstriya və Misirə qarşı penaltiləri də dəqiq yerinə yetirə bilməyib.