BAKI, 16 avqust. TELEQRAF
Ukrayna Silahlı Qüvvələri bu gün işğal altındakı Donetskin yaşayış məntəqələrini atəşə tutub, nəticədə dörd mülki şəxs xəsarət alıb.
Teleqraf xəbər verir ki, bu barədə Donetskin faktiki rəhbəri Denis Puşilin məlumat verib .
"Makeyevka şəhər rayonundakı DKAD şossesində 1988, 1985 və 1981-ci il təvəllüdlü kişilər orta dərəcəli xəsarətlər alıblar. Yenakiyevo şəhər rayonunda isə 1997-ci il təvəllüdlü bir qadın xəsarət alıb. Bütün zərərçəkənlərə ixtisaslı tibbi yardım göstərilir", - deyə DXR rəhbəri yazıb.
Bundan əlavə, 3 yaşayış binası, 16 mülki infrastruktur obyekti, 3 ədəd xüsusi texnika, 4 yük maşını və bir minik avtomobili zədələnib.