BAKI, 16 avqust. TELEQRAF
UFC-nin yarıorta çəki dərəcəsində çempionu İslam Maxaçev növbəti qələbəsini qazanıb.
Teleqraf xəbər verir ki, rusiyalı döyüşçü ABŞ-nin Filadelfiya şəhərində keçirilən UFC 330 turnirinin əsas döyüşündə irlandiyalı İan Qarri ilə qarşılaşıb.
Beş raund davam edən qarşılaşmada Maxaçev hakimlərin yekdil qərarı ilə qalib gəlib. Hakimlər döyüşü 49:46, 49:46 və 48:47 hesabı ilə rusiyalı idmançının xeyrinə qiymətləndiriblər. Bununla da Maxaçev yarıorta çəkidə çempionluq kəmərini ilk dəfə uğurla müdafiə edib.
Bu, 34 yaşlı döyüşçünün peşəkar karyerasında 29-cu qələbəsi olub. Onun aktivində cəmi bir məğlubiyyət var. Maxaçev bununla karyerasını 29 qələbə və məğlubiyyətsiz başa vuran keçmiş UFC çempionu Həbib Nurməhəmmədovun qələbə sayına çatıb.
Maxaçev eyni zamanda UFC-də ardıcıl 17-ci qələbəsini qazanaraq təşkilatın yeni rekorduna imza atıb.