BAKI, 16 avqust. TELEQRAF

Cənubi Koreya Prezidenti Li Ce Myon Şimali Koreya rəhbərliyini gərginliyi azaltmaq və sülh rejimini bərpa etmək üçün danışıqlara çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Cənubi Koreya dövlət başçısının sözlərinə görə, gərginliyi azaltmaq, dinc yanaşı yaşamağa nail olmaq və Koreya müharibəsindən sonra imzalanan atəşkəs sazişini tamhüquqlu sülh rejimi ilə əvəz etmək üçün dialoq mütləqdir.

Li Ce Myon Pxenyanın Seul tərəfindən irəli sürülən əməkdaşlıq təkliflərini rədd etməsinə baxmayaraq, Şimali Koreyanın nüvə imkanlarının məhdudlaşdırılması üçün müvafiq tədbirlərin görülməsini təklif edib.