BAKI, 16 avqust. TELEQRAF

Azərbaycan Premyer Liqasında I turun oyunları davam edir.

Teleqraf xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq.

Günün ilk matçında "Sumqayıt" "Neftçi"ni qəbul edəcək. Saat 19:00-da start götürəcək qarşılaşma "Socar Polymer Arena"da start götürəcək.

Saat 21:00-da isə Premyer Liqanın debütantı "Şəfa" "Zirə"nin qonağı olacaq. Matç Zirə İK-də keçiriləcək.