BAKI, 16 avqust. TELEQRAF

Vanuatu sahillərində 6,1 maqnitudalı zəlzələ qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Qeyd olunur ki, zəlzələ Vanuatunun Port-Olri şəhərindən 57 kilometr şimalda qeydə alınıb. Şəhərin əhalisi təxminən 1,9 min nəfərdir.

Yeraltı təkanların ocağının 188 kilometr dərinlikdə yerləşdiyi bildirilib.