BEYLƏQAN, 16 avqust. TELEQRAF

Beyləqanda kanalda batan 19 yaşlı qadının meyiti tapılıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Yuxarı Qarabağ kanalında batan rayonun Dünyamalılar kənd sakini, 2007-ci il təvəllüdlü Hümbətəliyeva Rəvanə Rəşad qızının meyiti tapılıb.

Meyit batdığı yerdən təxminən 8 kilometr aralıda, rayonun Türklər kəndi ərazisində polis əməkdaşları tərəfindən aşkarlanıb.

Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma davam etdirilir.

***

11:44

Beyləqanda kanalda batan şəxsin kimliyi məlum olub.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, kanalda batan 2007-ci il təvəllüdlü Hümbətəliyeva Rəvanə Rəşad qızıdır.

Hazırda FHN-nin dalğıc-axtarış qrupu R.Hüseyinlinin tapılması istiqamətində axtarış-xilasetmə tədbirlərini davam etdirir.

***

10:40

Qarabağ kanalının Beyləqan rayonu, İkinci Aşıqlı kəndindən keçən hissəsində 1 nəfər batıb.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qarabağ kanalının Beyləqan rayonu, İkinci Aşıqlı kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.