BAKI, 16 noyabr. TELEQRAF

Böyük Britaniyada alüminium fyuçerslərinin qiyməti bu ilin ən aşağı səviyyəsinə enib.

Teleqraf xəbər verir ki, metalın qiyməti qlobal təklifin yaxşılaşacağı gözləntiləri fonunda bir ton üçün 2980 dollara düşüb.

Məlumata görə, Çində istehsal yüksək səviyyədə qalır. Hökumətin uzun müddətdir qüvvədə olan 45 milyon tonluq istehsal gücü limitinə baxmayaraq, ölkədə alüminium istehsalının bu il rekord həddi – 46 milyon tonu keçəcəyi gözlənilir.

Bu il 1,1 milyon ton həcmində təklif çatışmazlığının gələn il 830 min ton həcmində təklif artıqlığı ilə əvəzlənəcəyi proqnozlaşdırılır.