AĞDAM, 16 oktyabr. TELEQRAF
İşğaldan azad olunmuş ərazilərdə minatəmizləmə prosesində təlim keçmiş itlərdən istifadə edilir.
Teleqraf-ın Ağdama ezam olunmuş müxbiri xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloji Taborunun kinoloji qrupunun təlimatçısı çavuş Fərid Rüstəmov deyib.
O bildirib ki, heç bir texnika itin iti qoxubilmə qabiliyyətini tam əvəz edə bilməz:
"Minatapan itlər torpağın altında illərlə qalmış ən kiçik partlayıcı maddələrin belə mikroskopik qoxusunu hiss edə bilir. Metal detektorlar yalnız metal hissələrə reaksiya verdiyi halda, mina axtaran itlər partlayıcı maddənin tam qoxusunu hiss edirlər. Bu da həm torpağın təmizlənmə sürətini dəfələrlə artırır, həm də təhlükəsizliyi maksimuma çatdırır".