BAKI, 23 sentyabr. TELEQRAF

Azərbaycan və Çexiya arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti, əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

İqtisadiyyat Nazirliyindən Teleqraf-a verilən məlumata görə, bu barədə iqtisadiyyat nazirinin müavini Anar Axundovun Azərbaycanda səfərdə olan Çex Respublikasının xarici işlər nazirinin müavini Mari Şatardova ilə görüşündə qeyd edilib.

Görüşdə enerji, nəqliyyat, əczaçılıq, texnologiya transferi və digər sahələrdə əməkdaşlıq üçün geniş potensial vurğulanıb. Həmçinin, iki ölkə arasında Qarışıq Komissiyanın növbəti iclasının keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Tərəflər qarşılıqlı investisiyaların təşviqi, biznes dairələri arasında əlaqələrin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparıblar.