BAKI, 24 sentyabr. TELEQRAF

Bakıda keçirilən Formula 2 üzrə Azərbaycan Qran-prisində ikinci sıralama turu başa çatıb.

Teleqraf xəbər verir ki, qalib “Rodin Motorsport” komandasının pilotu Martinius Stenşorne olub.

Onun komanda yoldaşı Aleks Dann ikinci, “Invicta Racing” komandasından Rafael Kamara isə üçüncü yeri tutub.

Birinci sıralama turunda ən yaxşı nəticəni Aleks Dann göstərib.

Qeyd edək ki, saat 16:00-da Formula 1 üzrə Azərbaycan Qran-prisinin ikinci sərbəst yürüşü başlayacaq.

***

15:51

Bakıda keçirilən Formula 2 üzrə Azərbaycan Qran-prisində ikinci sıralama turu start götürüb.

Teleqraf xəbər verir ki, ikinci sıralama turu saat 14:45-də başlayıb.

Birinci sıralama turunda “Rodin Motorsport” komandasının pilotu Aleks Dann ilk pilləni tutub.

Qeyd edək ki, Bakıda keçirilən Qran-pri sentyabrın 26-da başa çatacaq.