BAKI, 23 sentyabr. TELEQRAF
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov tərəfindən sentyabr ayında həyata keçiriləcək vətəndaş qəbulunun tarixi dəyişdirilib.
Bu barədə Teleqraf-a qurumdan məlumat verilib.
Bildirilib ki, Zaur Mikayılovun 25 sentyabr tarixində Samux rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun tarixi 29 sentyabr tarixinə dəyişdirilib.
Qeyd edək ki, vətəndaş görüşü Samux rayonunda Samux rayonu və Gəncə şəhərinin sakinləri üçün nəzərdə tutulub.