BAKI, 23 sentyabr. TELEQRAF
Azərbaycanda qara metallurgiya sahəsində əlavə stimullaşdırıcı tədbirlərin və güzəştlərin, o cümlədən dəmir yolu yükdaşıma tarifləri üzrə güzəştlərin tətbiqinə dair təkliflər hazırlanacaq.
Teleqraf xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Sənədə əsasən, qara metallurgiya sahəsində mövcud bazar şəraiti, istehsal və logistika xərcləri qiymətləndiriləcək.
İqtisadi cəhətdən məqsədəuyğun stimullaşdırıcı tədbirlər və güzəştlər formalaşdırılaraq tətbiq olunacaq, həmçinin qara metallurgiya məhsullarının daşınması üzrə rəqabətli dəmir yolu yükdaşıma tarifi mexanizmi istifadəyə veriləcək.