BAKI, 23 sentyabr. TELEQRAF
"Azəralüminium" MMC-nin Gəncədəki elektroliz zavodunun illik istehsal gücünün 100 min tona, alüminium yayma məhsullarının istehsalının isə 50 min tona çatdırılması planlaşdırılır.
Teleqraf xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Dövlət Proqramında həmçinin kalsinasiya və anodbişirmə zavodunun istismara verilməsi, Zəylik-Alunit yatağı əsasında xammal bazasının inkişafı, eləcə də özəl sektor tərəfindən illik gücü 200 min ton olan yeni ilkin alüminium zavodunun qurulması imkanlarının qiymətləndirilməsi nəzərdə tutulur.