BAKI, 24 sentyabr. TELEQRAF
Pakistanın Əfqanıstana hava hücumları nəticəsində ən azı dörd nəfər ölüb.
Teleqraf xəbər verir ki, bu barədə Əfqanıstan hökumətinin sözçüsü Zabihullah Mücahid məlumat verib.
O bildirib ki, Pakistan ordusu Qəndəhar, Xost və Paktiya əyalətlərini bombalayıb, nəticədə mülki şəxslər həlak olub. Mücahid əlavə edib ki, Kabil Pakistanın hücumunu təcavüz aktı kimi qiymətləndirir.
Pakistanın informasiya naziri Attaulla Tarar bundan əvvəl Hərbi Hava Qüvvələrinin Əfqanıstanda 10 hərbi obyektə zərbə endirdiyini açıqlamışdı. O, bu tədbirlərin Əfqanıstan dronlarının Pakistanın hava məkanına müdaxiləsinə cavab olaraq görüldüyünü bəyan etmişdi.