BAKI, 15 sentyabr. TELEQRAF

İndiyədək Rusiyaya qarşı ümumilikdə 35 minə yaxın sanksiya tətbiq edilib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Məhdudiyyətləri “qanunsuz” adlandıran diplomat ancaq BMT Təhlükəsizlik Şurasının sanksiyalar tətbiq etmək səlahiyyətinə malik olduğunu iddia edib.

“Moskva Qərb ölkələri tərəfindən tətbiq edilən məhdudiyyətləri sanksiya kimi yox, Rusiyaya qarşı hibrid müharibənin bir hissəsi kimi görür”, - Mariya Zaxarova əlavə edib.